Sabiq “Neftçi”li İndoneziya klubunda

12 Fevral 2019 21:09

"Neftçi"nin sabiq futbolçusu Jairo Rodriqesin yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını İndoneziyada davam etdirəcək. 26 yaşlı futbolçu yüsək liqa təmsilçisi "Persela"  ilə müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə "Neftçi"də çıxış edən Jairo Rodrigesin son klubu Yaponiya "Montedio"su olub.

Milli.Az