İran İslam İnqilabı 40-cı ilində: İranlılar şəfəqdə gün sayarkən

12 Fevral 2019 21:04

İranlılar inqilabın 40-cı ildönümünü "Şəfəqdə 10 gün" hadisələriylə xatırlayırlar. Kimisi həyəcanla, kimisi məyusluqla.

Ayətullah Ruhulla Xomeyni, şah Məhəmməd Rza Pəhləviyə qarşı üsyanın təbliğat kasetlərini Parisin 39 km qərbində yerləşən Neauphle-Le-Chateau kəndində sürgün yaşadığı mənzildə lentə alırdı.

Kasetlər İrana çatdırılır və əl altından paylanırdı.

Ayətullahın qayıdışını xatırlayarkən

Xomeyni 1979-cu il fevralın 1-də AirFrance hava yollarına aid Boing 747 təyyarəsi ilə Parisdən Tehrana enən zaman insan seli, "despotizm" və "mütəmləkəçi" dövrün sonunu elan etmək üçün onu qarşılamağa gəlmişdi.

10 gün sonra hərbçilər kazarmalara çəkildi, 1979-cu il yanvarın 16-da Qahirəyə qaçan Şahın geridə qoyduğu hökumət də çökdü.

İstiqaməti "Nə Şərq, nə Qərb" şüarı ilə təyin edən inqilabçılar "Qərbin kuklaları" adlandırdıqları, ABŞ-ın bölgədəki bir nömrəli müttəfiqi olan Şah rejimini devirmişdi. Yəni artıq "mütəmləkəçi" dövr bağlanmışdı. Lakin "despotizm" yeni sahə tapmışdı.

Ayətullah Xomeyni

Rejimin uğur hekayəsi

İran İslam Respublikası bütün sanksiyalara baxmayaraq, 40-cı ilinə müstəqil iradəsini qoruyaraq girdiyini nümayiş etdirmək istəyir. Zəif olmadığını göstərmək üçün xüsusilə müdafiə sahəsindəki irəliləyişləri nümayiş etdirir. Ötən ay buraxılan "Peyam" adlı peyk uğursuz olduğuna görə 40-cı ilə hədiyyə edilmədi, amma bu günün xatirəsinə 1000 km məsafəli "Dezful" mərmisi meydana çıxarılıb.

2015-ci ildə 5+1 ilə imzalanan Kompleks Ortaq Fəaliyyət Planı (JCPOA) ilə "qandallanan" nüvə proqramı da milli qürur mənbəyidir.

Elmi fəaliyyətlər, texnologiya istehsalı, senzura mexanizmlərinə baxmayaraq sənət və kino sahəsindəki əsərlər,oxuma-yazma nisbətinin 47 faizdən 97 faizə qalxması, universitet bitirən qadınların nisbətinin 3 faizdən 65 faizə yüksəlməsi və nəşr olunan kitab sayı baxımından dünya sıralamasında doqquzuncu yerə gəlməsi sadalanır.

Rejimi dəstəkləyənlərin ən mühüm arqumentlərindən biri müstəqil xarici siyasətdir.

Hərçənd ki, iqtisadi böhrana parallel olaraq Qərbə düşmənçiliyin məntiqini sual edənlərlə yanaşı, İraq, Suriya, Yəmən, Livan və Fələstinə yardımlara qarşı da "əvvəlcə İran" deyənlərin sayı artır.

İnqilabı görməyən və bu gün əhalinin təxminən dörddə üçünü təşkil edən yeni nəsillərə iqtisadi, siyasi, inzibati sistem, haqq-hüquq və azadlıq sahəsindəki bulanıq mənzərini izah etmək asan deyil.

İranda inqilabın 40-cı ildönümü şərəfinə nümayiş etdirilən raketlərdən biriİranda inqilabın 40-cı ildönümü şərəfinə nümayiş etdirilən raketlərdən biri

Üstündən xətt çəkilən inqilabçıların hekayəsi

İranın daxilində mühafizəkarlardan tutmuş islahatçılara qədər müxalifət bir yana, inqilabın İrandan qaçmağa məcbur etdiyi geniş və fəal bir İran disporası da mövcuddur. Onların gündəmi Evin Həbsxanası, siyasi məhbuslar, işgəncələr, edamlar, qadağalar, senzuralar və təzyiqlərdir.

Parisin Montparnesse küçəsində müxalifət etirazlarının plakatlarında təsvir edilən İran, dini lider Ayətullah Əli Xameneyinin çagırışı ilə küçələrə axışan milyonların İranından çox fərqlidir. Fransa, Xomeyniyə ev sahibliyi etdiyi kimi, illərdir ki, İslam rejimi əleyhdarlarının da sığınacaq yeridir.

Neauphle-Le-Chateau kəndində Xomeyninin yanında 3 molla ilə yanaşı, köməkçi olaraq 3 gənc vətəndaş vardı: Əbül-Həsən Bəni Sədr, İbrahim Yezdi və Sadiq Qutubzadə. Bu üçlüyün başına gələnlər inqilabla bağlı müzakirələrin mahiyyətini təşkil edir.

İnqilabdan sonra Sədr İranın ilk prezidenti olarkən əvvəlcə Yezdi, sonradan Qutubzadə xarici işlər naziri postuna oturdu.

"Xalqın Mücahidləri", "Xalqin fədailəri" və "Tudeh" kimi hərəkatlar qanundan kənar elan edilib İnqilab Məhkəməsində edamlar başlayarkən, Xomeyninin "demokratik" yoldaşlarının da üstündən xətt çəkildi.

Bunlar mollaların gözündə düşmənlə iş görməyə əlverişli olan "çürük" müsəlmanlardı və yol yaxınkən onlardan qurtulmaq lazım idi.

Ebu'l-Hasan Beni SadrƏbül-Həsən Bəni Sədr

Vəzifəsindən kənarlaşdırılan Əbül-Həsən Bəni Sədr Fransaya qaçdı. Hazırda Versal şəhərində yaşayır, Fransa hökuməti onu qoruyur. Özü isə qoyub getdiyi yerdən vəzifəsini geri alacağı arzusu ilə yaşayır.

Qutubzadə İnqilab Məhkəməsinin edama göndərdiyi ilk insanlardan biridir. Uzun illər nəzarət altında yaşayan Yezdi isə 2017-ci ildə Türkiyənin İzmir şəhərində xərçəngdən vəfat edib.

Yezdi 1995-ci ildə İstanbulda onunla aldığım müsahibədən sonra Tehrana qayıtdığı zaman həbs olunmuşdu. İrəli sürülən ittiham isə mediaya verdiyi müsahibələrdə İslam rejimini qaralamaqdı. Yezdinin ən sərt sözü "İnqilabın prinsiplərindən kənara çıxıldı" şəklindəydi.

Keçmiş baş nazir Məhəmməd Müsəddiqın nəvəsi, inqilaba dəstək verən Milli Demokratik Cəbhənin lideri Hidayətulla Mətin-Dəftəri də Parisdə sürgündədir.

İnqilabın etnik qruplarla imtahanı da çox pis oldu. Kürdistan bölgəsində muxtariyyat istəyən kürdlər yatırıldı. Hürrəmşəhrdə (Xuzistan) eyni təmənnası olan ərəblərin taleyi də fərqli deyildi.

İslamçı sıraların ləğvi

Əslində üstündən xətt çəkilənlər solçular, liberallar, 1906-cı il konstitusiyasına qayıdışı müdafiə edən milliyyətçilər ya da ki muxtariyyat axtaran etnik hərəkatlar deyil, İslam rejiminin onurğasında yer alan isimlər də bir şəkildə zərərsizləşdirildi.

Keçmiş Baş Nazir Mir Hüseyn Musəvi və keçmiş məclis sədri Mehdi Kərrubi 2009-cu ildəki mübahisəli seçkilərdən sonra hələ də ev dustağıdırlar. İkisinə də "fitnəçi" deyilərək, etimad göstərilmədi.

Xomeyninin islahatçı cəbhəni dəstəkləyən uşaqları və nəvələri də "günahkarlar siyahısı"na daxil oldular. "Yaşıl Hərəkat"ın tərəfində olması səbəbiylə Xomeyninin nəvəsi Həsən Xomeyni də "fitnəkar" hesab edildi.

Həsən Xomeyni 2016-cı ildə dini lideri seçmək və vəzifəsindən çıxarmaq səlahiyyətinə sahib Mütəxəssislər Məclisinə üzvlük uğrunda mübarizə aparmaq istəyən zaman ona veto qoyuldu.

Xomeyninin digər nəvəsi Zəhra Əşraki və həyat yoldaşı Məhəmməd Rza Hatəminin məclis seçkilərində iştirakları Konstitusiyanı Qoruyanlar Şürası tərəfindən qadağan edilmişdi. Xomeyninin bir başqa nəvəsi Əli Əşrakinin 2008-ci ildəki seçkilərdə iştirakının qarşısı alındı.

Xomeyni və oğlu ƏhmədXomeyni və oğlu Əhməd

İnqilabın ideoloqlarından olan ayətullah Talegani, ayətullah Mütəhhari və ayətullah Beheştinin uşaqları da "Yaşıl hərəkatı" dəstəklədiklərinə görə, "fitnəçi" elan edildilər.

Keçmiş president Haşimi Rəfsəncaninin uşaqları həbs edildi. 2013-cü ildə Rəfsəncaninin prezidentlik uğrunda yenidən mübarizə aparmasının qarşısı alındı.

Bu qərara etiraz edənlər arasında Xomeyninin qızı Zəhra Mustafavi də vardı. Bənzər qadağa ilə 2017-ci ildə yenidən mübarizə aparmaq istəyən keçmiş prezident Mahmud Əhmədinejad da qarşılaşdı. Xomeyninin xəlifə olarkən edam, təzyiq və qanunları tənqid etdiyi üçün vəzifədən kənarlaşdırdığı böyük ayətullah Hüseyn Əli Müntəzari 6 il ev həbsində saxlandı.

İslahatçı təkid və rejimin qorunma qalxanı

Keçmiş president Məhəmməd Hatəminin yaratdığı məyusluq islahatçıları qorxutmadı. Hazırkı prezident Həsən Ruhaniyə bağlanan ümidlərin də puça çıxmasına baxmayaraq, islahat tələbi hələ də güclüdür. Üstəlik baş örtüyünü atmaq aksiyalarında olduğu kimi rejimə birbaşa meydan oxuyan ictimai damar böyüyür.

Lakin dəyişiklik tələbinə qarşı müqavimət də az deyil. Şiə inancına bağlı olaraq rəhbərə mütləq itaət, mollaların inananlar üzərindəki dərin nüfuzu, təvəkkül mədəniyyəti, rejimin təbliğat bacarığı, ictimai və təşkilati strukturlara sirayət edib.

Besiç polislərinin istiqamətləndirici təsiri, rejim lehinə təşkilati strukturların effekti , xarici müdaxilələrə qarşı milli həssaslıq, iqtisadiyyatdakı zəifləməni ABŞ embarqoları ilə əlaqələndirmələr, İnqilab Keşikçilərinin yüksək müdafiə və müdaxilə qabiliyyəti, milli ordunun illər ərzində rejimlə inteqrasiyası və sistemin kütlələri səfərbər edə bilmək bacarığı indiyə qədər bütün etiraz cəhdlərində həvəsqırıcı amillər oldu.

Fransada mövcud İran hökumətinə qarşı təşkil olunan etiraz aksiyasıFransada mövcud İran hökumətinə qarşı təşkil olunan etiraz aksiyası.

Bütün bunlara baxmayaraq, sistemi transformasiya edəcək bir yolun açılması ehtimalı yoxdurmu?

Sistemin "qoruyucu" və "profilaktik" imkanlarını nəzərə alsaq, dinc dəyişiklik qeyri-mümkün görünə bilər.

Lakin 1906-cı ildəki konstitusiya prosesindən bu yana İran cəmiyyətində səngiməyən bir dinamika da var.

Ancaq bu yolun açılmasının qarşısında mənfi rol oynayan amil xaricdən rejim dəyişdirmə axtrışlarıdır.

İranlılar arasında hakim siyasi psixologiya, Qərb və Körfəz blokunun arzuladığı boşluğun yaranmasına imkan vermir.

ABŞ-ın rejim dəyişdirmə hədəfi ilə çətinləşdirdiyi sanksiyalar tarixi yaddaşı işə salır, xarici müdaxiləni rədd edən həssaslıqlar canlanır.

Bu vəziyyət sistemin işinə yarayır, çünki insanlar onun ətrafında birləşir.

İranın İkinci Dünya müharibəsindəki tərəfsiz mövqeyinin faşistlərin işinə yarayacağı qorxusu ilə ingilislər və rusların 1941-ci ildə başlatdığı işğal, nefti milliləşdirən Müsəddiqin 1955-cü ildə Amerika və ingilislər tərəfindən AJAX əməliyyatı ilə devrilməsi, 1980-1988-ci illərdə İran-İraq müharibəsində Qərb-Körfəz İttifaqının Səddam Hüseyni dəstəkləməsi, iranlıların siyasi yaddaşlarında xarici müdaxiləylə bağlı həssaslığın qaynağıdır.

Trump-ın nüvə razılaşmasından geri çəkilməsi də bu həssaslığa təkan verdi.

Fransa Cumhurbaşkanı Macron ve İran Cumhurbaşkanı RuhaniFransa prezidenti Macron və İran prezidenti Ruhani

Rejimi devirmək cəhdləri və qərarsızlıq

Trump-ın İranı iqtisadi baxımdan çökdürüb rejim dəyişikliyinin qarşısını açmaq cəhdləriylə birlikdə bir çox cəbhə hərəkətə gəldi. "New York Times" qəzeti 2018-ci ilin noyabrında İranı bir çox cəhətdən vuracaq xaos planlarının hazırlandığına eyham vurmuşdu.

Qəzetin xəbərinə görə, Livan əsilli amerikalı iş adamı George Nader və İsrail kəşfiyyatı ilə işləyən Joel Zamel-in 2 milyard dollarlıq bir planı Səudiyyə vəliəhdi şahzadə Məhəmməd ibn Salman və kəşfiyyat rəhbəri Əhməd əl-Assiriyə satılıb.

Özəl şirkətlər vasitəsilə İran iqtisadiyyatını sabotaj etmək, Qüds Gücü komandiri Qasım Süleymanini öldürmək, müxalifəti maliyyələşdirmək, İran liderlərini bir-birinə qarşı qoyacaq strategiyaları inkişaf etdirməyi nəzərdə tutan plan 2017-ci ilin martında Riyadda ətraflı şəkildə müzakirə olundu.

Daha sonra planı dəstəkləmək üçün Trump administrasiyası nəzdində cəhdlər oldu.

Müzakirələrə "Blackwater"in yaradıcısı Erik Prince də daxil edildi. Bu planların aqibəti məlum olmasa da, bir müddətdir danışdığım İran mənbələri ABŞ və müttəfiqlərinin İranı, inqilabın 40-cı ilini görmədən çökdürmək planlarını işə salacağından yüz faiz əmin idilər.

Buna görə də, fevralın 11-də Tehrandakı Azadi Meydanında planlaşdırılan bayram tədbirləri bu planlara cavab kimi görülürdü. Lakin hələ ki, bu planların işə salındığını göstərən heç nə baş verməyib.

İran

Trump hökuməti, ABŞ və Avropa İttifaqının (Aİ) 2012-ci ilə qədər terror təşkilatları siyahısında saxladığı "Xalq mücahidləri"nin rəhbərlik etdiyi "İran Milli Müqavimət Şurası"na böyük qiymət verir.

Çox iranlı üçün isə "Xalq Mücahidləri" saysız sui-qəsd və bombalı hücumlara imza atmış, İranla müharibə aparan Səddamın himayəsinə girmiş, nüvə proqramını sabotaj etməyə qarşı gizli əməliyyatlarda İsrailə yardım etmiş və son olaraq ABŞ ilə birlikdə İranda çevriliş planlaşdıran bir terror təşkilatıdır.

ABŞ-da televiziya kameraları birdən-birə Şahın oğlu Rza Pəhləviyə də açılıb. O da ABŞ-ın müdaxiləsiylə atasının taxtına qayıtmaq arzusundadır.

İranın hazırkı halına baxıb monarxiyaya üstünlük verənlər olsa da, Pəhləvinin vətəndaş itaətsizliyi çağırışının Trump-ın komandasını həyəcanlandırdığı qədər İranda əks-səda doğurduğu deyilə bilməz.

İran Şahının oğlu İranda hakimiyyətin dəyişməsini istəyir

ABŞ və İsrailə çox isti ismarışlar verib xarici müdaxilə çağırışı edən İran Kürdistan Demokrat Partiyası da silahlı aksiyalara qayıdıb. İranın cavabı təşkilatın İraq Kürdüstanındakı qərargahını mərmilərlə vuracaq qədər sərt olub.

ABŞ hökuməti, İranda neft gəlirlərinin sıfıra enəcəyi və bunun sayəsində sistemin nəzarəti itirəcəyinə dair qəti nəticələr çıxarmağa meyllidir. Belə ki, beynəlxalq mediada yaradılan qavrayışla İran daxilindəki reaksiyalar bir-birilə üst-üstə düşmür. İranlılar dəyişiklik istəyir, amma Amerikanın planlarına qarınları toxdur.

Yıxılan rejim, iranlıların geri qayıdıb axtarmayacaqları ingilis-Amerikan dəstəkli bir monarxiyadır. Bundan başqa İran, dindar təbəqələrin geniş olduğu bir ölkədir. Üstəlik imam Mehdi gəlməzdən əvvəl hər hansı iqtidarı qanuni görməyən klassik şiə inancı bir çox etirazın əvvəlcədən qarşısını alır.

Vaşinqton-Paris-Riyad-Təl-Əviv kvadratında hazırlanan, Körfəzdəki İran düşmənləri tərəfindən maliyyələşdirilən "əks-inqilab" layihələrinin İranda qarşılıq görmək şansı yoxdur.

İranda nəsə olacaqsa, İrana məxsus fərqli hadisələrin başlamasıyla olacaq.

Milli.Az