Hərbçilərimiz beynəlxalq “Qış təlimi - 2019”da iştirak edirlər - VİDEO - FOTO

12 Fevral 2019 20:07

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Türkiyədə keçirilən beynəlxalq "Qış təlimi - 2019" təlimində iştirak edirlər.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbçilərimiz sərt iqlim və çətin relyef şəraitində keçirilən antiterror əməliyyatları zamanı döyüş, eləcə də dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi elementlərini məşq edirlər.

Türkiyənin Qars şəhərində keçirilən məşqlərlə yanaşı Kayseri şəhərində paraşütçü komandolarımız da ən çətin tapşırıqları praktiki yerinə yetirirlər.

Videonu izləmək üçün şəklə klikləyin:
Hərbçilərimiz beynəlxalq "Qış təlimi - 2019"da iştirak edirlər

Milli.Az