Rəsmi qəzetdə ŞOK ELAN: Bu ölkədə 200 dollar maaşa cəllad axtarılır

12 Fevral 2019 19:47

Şri Lanka hökuməti cəllad vəzifəsi üçün vakansiya elan edib.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ölkədə 43 il sonra edam cəzası yenidən tətbiq ediləcək. Narkotik ticarəti ilə məşğul olan şəxslər üçün ölüm cəzası nəzərdə tutulub və 2 ay ərzində icra edilməyə başlanacaq. Hökumət bu məqsədlə cəllad axtarışındadır.

Rəsmi dövlət qəzeti "Daily News"da artıq elan verilib. Belə ki, 18-45 yaşlı, yüksək əxlaq və əqli sağlamlığa sahib şəxslər bu işə müraciət edə bilərlər. Cəlladlar üçün ayda 203 dollar maaş nəzərdə tutulub.

Qeyd edək ki, Şri Lankanın sonuncu cəlladı 2014-cü ildə kariyerasını heç kimi öldürmədən başa vurmuşdu.

Milli.Az