Xames nə istəyir?

12 Fevral 2019 20:54

"Bayer Münich"in yarımmüdafiəçisi Xames Rodriges "Real"a qayıtmaqda israrlıdır.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, futbolçu bunu klub rəhbərliyinə bildirib.

Qışda futbolçunun "Arsenal"ın diqqətində olduğu deyilirdi. Amma İngiltərə çempionatı da onu cəlb etməyib. Madridə dönmək istədiyini gizlətməyib. "Kral klubu" transferdə maraqlı olmasa, Xames "Juventus"la danışıqlara başlaya bilər.

Ronaldo onu yanına çağırıb. Xames "qoca senyora"nın təklifinə müsbət yanaşıb.

Milli.Az