Filippin Prezidenti ölkənin adının dəyişdirilməsini təklif edib

12 Fevral 2019 18:49

Filippin Prezidenti Rodriqo Duterte müstəmləkəçilik tarixi ilə olan əlaqəni zəiflətmək üçün ölkənin adının dəyişdirilərək "Maharlika Respublikası" olmasını təklif edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Prezident bu barədə Magindanao əyalətində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Filippin" adını ölkəyə Ferdinand Magellan verib, çünki İspaniya kralı Filipp onun səfərinin xərcini üzərinə götürmüşdü.

Filippin lideri ölkənin "Maharlika Respublikası" adlandırılması ideyasını bəyəndiyini qeyd edib.

Qeyd edək ki, müasir Filippin dilində "maharlika" sözü "kral nəcibliyi" deməkdir.

Milli.Az