Paşinyanın “islahatları” bəhrə verdi: dram çökür

12 Fevral 2019 19:39

Ermənistanda çörəyin bahalaşması dramın devalvasiyasının nəticəsidir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, "Jamanak" nəşri bu qənaətdədir.

"Dram nə qədər çox dəyərsizləşirsə, un da o qədər bahalaşır. Səbəb odur ki, Ermənistanda un dollarla satılır. Söhbət pərakəndə satışdan gedir. Məxməri inqilaba qədər də belə olub, indi də belə davam edir. Unun bahalaşması nəticəsində çörək məhsulları üçün də qiymətlər artır ki, bu da daha çox çörək istehlak edən əhalinin kasıb təbəqəsinə təsir göstərir. Halbuki hökumət ölkədəki yoxsulluğu ləğv etməyə söz vermişdi", - deyə o bildirib.

Milli.Az