Masallıda qadın qadını öldürdü

8 Aprel 2010 11:08
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Ərkivan kəndində yaşayan 34 yaşlı Fərqanə Ağabalayeva münaqişə zəminində qayınanası, 47 yaşlı Gülqədəm Abdinovanı qətlə yetirib. Hadisə dünən axşam saatlarına baş verib.

F.Ağabalayeva qadını baş nahiyəsindən dəyənəklə vurub. G.Abdinova aldığı xəsarətlərdən ölüb. F.Ağabalayeva 9 yaşlı uşaq anasıdır. O, artıq polis əməkdaşları tərəfindən həbs olunub.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Anar Məmmədov
Milli.Az