Vesta asteroidinin səthində iki rombşəkilli obyekt tapıldı - FOTO

12 Fevral 2019 19:19

NASA-nın "Dawn" stansiyasının Vesta asteroidindən əldə etdiyi fotoları müşahidə edən ufoloqlar maraqlı kəşfə imza atıblar.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, fotoların birində qeyri-adi obyekt müşahidə edilib.

Məlum olub ki, səma cisminin 525 km yaxınlığından keçən kosmik aparat iki simmetrik rombşəkilli obyekti də lentə alıb. Bu obyektlər bir-birinə çox bənzəyir. Ufoloqların fikrinə görə, təbiət tərəfindən belə simmetrik obyektin yaradılması mümkün deyil və söhbət süni obyektdən gedir.

Tədqiqatçıların rəyinə əsasən, sözügedən obyektlər parıldayır və metaldan hazırlanıb. Onlar hansısa kapsul və ya uçuş aparatına bənzəyir. Sağ tərəfdə olan obyekt asteroidin üzərinə kölgə salır və deməli hələ havadadır. Mütəxəssislərin fikrinə əsasən, bu obyektlər yerdənkənar sivilizasiyanın mövcudluğunu sübut edə bilər. Mümkündür ki, yadplanetlilər fotolar çəkilən zaman Vesta asteroidinə uçuş həyata keçiriblər.

Skeptiklərin fikrinə əsasən isə, fotodakı obyektlər adi daşdır və bu rakursdan lentə alınanda rombşəkilli obyektə bənzəyir.

Milli.Az