Şou-biznesdə daha bir qalmaqal - Günay İbrahimli ilə...

12 Fevral 2019 19:24

Müğənni Günay İbrahimli ilə aparıcı Azər Zahid arasında gərginlik yaranıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qalmaqala səbəb aparıcının instaqram səhifəsində müğənni ilə bağlı paylaşımı olub. 

Azər illər əvvəl Günayla şəklini yayaraq "Günay və səmimiyyət! İndi bu məşhurlar o qədər uzaq olublar ki, nə deyim... Şou-biznesimiz inkişaf edir"- deyə şərh yazıb. 

G. İbrahimli mövzuya sosial şəbəkədə münasibət bildirib. O, aparıcıya instaqramda sual ünvanlayaraq yazdığı statusa aydınlıq gətirməsini istəyib:

"Ay Azər, nə məsələdir? Mənim nəinki səninlə səmimi dostluq münasibətim, heç üz-üzə gəlməyimiz belə olmayıb. Bu foto da sənin bir verilişində çəkilib. Statusun ikibaşlıdır, yaxşı mənada yazmısansa, aydınlıq gətir. Pis mənada paylaşmısansa, səbəbini denən, biz də bilək, şou-biznesimizi inkişaf etdirək". 

Milli.Az