Azərbaycanda baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib

12 Fevral 2019 16:55

"Azərbaycanda ötən gün baş vermiş zəlzələ Bakı-Novorossiysk boru kəmərinin işinə təsir etməyib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Transneft" şirkətinin rəsmi nümayəndəsi İqor Demin deyib.

O bildirib ki, neftin qəbulu və ötürülməsi plana uyğun şəkildə davam edir.

Bununla belə, o əlavə edib ki, qasırğa ilə əlaqədar "Transneft" Novorossiysk limanında neft və neft məhsullarının yüklənməsi işini dayandırıb:

"Ötən gün axşam saatlarında Novorossiyskdə qasırğa başlayıb. Küləyin sürəti saniyədə 17 metrə, dalğaların hündürlüyü 2,5 metrə çatıb. Bütün işlər dayandırılıb, qasırğanın bir sutka sonra səngiyəcəyi gözlənilir".

Milli.Az