Opera VPN Android'ə geri qayıtdı

14 Fevral 2019 08:41

Opera Software şirkəti VPN dəstəkli Opera brauzerinin beta-testinə start verib. Qeyd etmək lazımdır ki, vaxtı ikən şirkət heç bir açıqlama vermədən Opera VPN tətbiqini App Store və Google Play online mağazalarından pozmuşdu. Baxmayaraq ki, bu tətbiq istifadəçilər arasında çox məşhur idi. Həmin hadisədən 1 il sonra şirkət yenidən VPN layihəsini işə salır.

Milli.Az technote.az-a istinadən bildirir ki, lakin bu dəfə bu, ayrıca tətbiq kimi deyil VPN dəstəkli Opera brauzeri qismində çıxış edir. Tətbiq yenə də pulsuzdur və onu istənilən Android istifadəçisi yükləyə bilər. VPN dəstəkli Opera brauzerinin iOS üçün nə zaman çıxacağı barəsində isə heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, sözügedən brauzeri yükləyəndən sonra brauzerin ayarlar bölməsində VPN funksiyasını aktivləşdirmək olar. VPN dəstəkli pulsuz Opera brauzerini bu linkdən yükləmək olar.

Milli.Az