Chrome öz reklam bloklayıcısını işə salacaq

14 Fevral 2019 08:59

Chrome proqramçıları hələ 2018-ci ilin əvvəlində brauzerin daxilinə reklam bloklayıcısı əlavə ediblər,lakin hələki bu imkan yalnız ABŞ-da, Kanada-da və bir neçə Avropa ölkəsində işlək idi. İndi Google elan etdi ki, 9 iyul 2019 tarixindən etibarən bloklayıcı bütün ölkələr üçün açıq olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, Chrome-un reklam bloklayıcısı Adblock və ya bənzər həllər kimi işləmir. Brauzer yalnız "Coalition for Better Ads" standartlarına uyğun olmayan reklamlar ilə mübarizə aparır. Faktiki olaraq bloklayıcı aşağıdaki qaydalara zidd olan yalnız aqressiv və bezdirici reklamları bloklayır:

Coalition for Better Ads bu yay öz standartlarını bütün dünyaya yaymağı planlaşdırır, Chrome proqramçıları da analoji hərəkət edəcəklər. Belə ki, əgər sizin saytınız az öncə qeyd olunan qaydalardan hər-hansı birisini pozarsa, 9 iyuldan etibarən Chrome sizin saytınızdaki istənilən reklamı bloklayacaqdır(əgər problem 30 gün ərzində aradan qaldırılmasa).

Google təmsilçiləri yazırlar ki, keçən il ərzində ABŞ, Kanada və Avropa təcrübəsi təsdiqlədi ki, sayt sahiblərinin əksər hissəsi öz resurslarını daha yaxşı tərəfə dəyişib bezdirici reklamlardan imtina etməyə hazırdırlar. 1 yanvar 2019-cu il nəticələrinə əsasən bu qaydaları pozan bütün saytların ⅔ hisəsi artıq bu problemləri aradan qaldırıblar və o vaxtdan reputasiyaları müsbət tərəfə irəliləyib. Həmçinin qeyd olunur ki, Chrome üzərindən istifadə olunan milyonlarla saytdan yalnız 1%-i bu qaydaları pozaraq Coalition for Better Ads tərəfindən qadağan olan reklam tipini nümayiş edir.

Milli.Az