Dünyanı nə qədər gözəl saysalar da...

14 Fevral 2019 08:25

Həzrət Hüseyn (ə) Kufəyə gedən yolda buyurmuşdur:

"Dünyanı nə qədər nəfis və gözəl saysalar da, Allahın mükafatı (Cənnət) bundan daha üstün və qiymətlidir. Əgər bütün mal-dövlət axırda tərk olunmaq (öləndən sonra bu dünyada qalacaq) üçündürsə, onda insanın qoyub-gedəcəyi mal üçün simiclik etməsi nəyə lazımdır?" Əgər ruzilər əvvəlcədən bölünübsə, onda ruzi qazanmaq üçün tamahı azaltmaq daha yaxşıdır. Ey Ali-Əhməd (Məhəmmədin Ailəsi)! Allahın salamı üzərinizə olsun! Mən isə tezliklə sizin aranızdan ayrılacağımı bilirəm".

(Mənaqibi-in Şəhri-Aşub, c. 4, s. 95.)

Milli.Az