"Tottenhem"lə oyunu buraxacaqlar - "Borussiya"da ciddi itkilər

12 Fevral 2019 16:27

"Borussiya" Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə ilk oyuna ciddi itkilərlə çıxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Marko Roys zədə, Pako Alkaser çiynində iltihab, Yulian  Vayql qrip və Lukaş Pişek ayağında ağrı səbəbindən İngiltərə klubu ilə matçı buraxacaq.

Qeyd edək ki,"Tottenhem" - "Borussiya" görüşü Bakı vaxtı ilə fevralın 14-ü saat 00:00-da başlayacaq.

Milli.Az