Qəsəbəyə girən nəhəng anakondanı yardılar, qarnından qadın çıxdı - VİDEO

12 Fevral 2019 15:39

Hindistanın Assam ştatının Arunaçal-Pradeş qəsəbəsində dəhşətli hadisə baş verib.

Milli.Az orman.az-a istinadən xəbər verir ki, dəfələrlə qəsəbəyə girən anakonda bir müddət əvvəl yaxalanıb. Qəsəbə yaxınlığındakı su kanalından çıxarılan anakondanın qarnında böyük həcmli qida olduğu məlum olub.

Onun qarnındakı qidanın insan olduğundan şübhələn sakinlər ilanı yarıblar. Şübhələrində yanılmayan pradeşlilər ilanın qarnından 38 yaşlı qəsəbə sakini Sarişa Purun meyidini çıxarıblar. 
Məlumata görə son illər dəfələrlə qəsəbə ərazisində uşaq və yeniyetmələr naməlum halda qeyb olub. 
Həmin uşaqların da öldürülən nəhəng anakonda tərəfindən yeyildiyi güman edilir.

Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların videoya baxması məsləhət deyil.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Qəsəbəyə girən nəhəng anakondanı yardılar, qarnından qadın çıxdı