“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya təsdiq edildi

12 Fevral 2019 14:02

Milli Məclisdə "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın təsdiq edilməsi məsələsi müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra konvensiya təsdiq edilib.

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya imzalanıb.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Milli.Az