Riki Martin “Qremmi”yə “əri” və oğlu ilə qatıldı - FOTO

12 Fevral 2019 15:44

Dünyaca məşhur ifaçı Riki Martin "Qremmi" mükafatları gecəsinə tək qatılmayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun yanında həyat yoldaşı Cuan Yosef və 11 yaşlı oğlu Mateo da olub.

Gecədə iki libas dəyişən Martinin həyat yoldaşı isə qara geyimə üstünlük verib.

Qeyd edək ki, Riki Martin surroqat ana vasitəsilə üç oğul sahibi olub.

Milli.Az