Yolu tanımayan sürücü maşını çaya aşırdı - VİDEO - FOTO

12 Fevral 2019 15:29

Balakəndə yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Balakən royonu Katex kəndi ərazisində "Mersedes" markalı minik maşını Balakən rayonu istiqamətində hərəkətdə olarkən yoldakı körpüdən çayın yatağına düşüb.

Xoşbəxtlikdən maşında olanların heç biri xəsarət almayıb. İlkin ehtimala görə sürücünün yola bələd olmaması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Yolu tanımayan sürücü maşını çaya aşırdı