Çempionlar Liqası: "Mançester Yunayted" doğma meydanda "PSJ" ilə bacarmadı - VİDEO - FOTO

13 Fevral 2019 07:29

Çempionlar Liqasının 1/8 final matçının birinci oyununda "Mançester Yunayted" doğma meydanda "PSJ"ni qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş qonaq komandanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Kimpembe (53-cü dəq.) və Mbappe (60-cı dəq.) vurub. Poqba 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

Cavab matçı 6 martda Parisdə keçiriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çempionlar Liqası: