Ezgi sevgilisi ilə fotosunu çəkənlərə əsəbiləşdi

12 Fevral 2019 14:34

Dörd aydır sevgi münasibəti qurduğu Mustafa Aksakkalı ilə restoranların birində yemək yeyən türkiyəli aktrisa Ezgi Mola fanatlarına əsəbiləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, yan masada əyləşənlərin onların fotosunu çəkməsi sənətçini özündən çıxarıb.

O, "Əziz dostlar, artıq jurnalist olmayanların gizli-gizli məşhurları çəkmək sevdası sona yetsin. Jurnalist işini görsün, aktyor oyununu oynasın. Əgər sevirsinizsə, gəlin, "sevirəm" deyin. Onlara "Vaxtımı almayın, hülqumunuzu sıxaram" demək istəyirəm. Əgər sevmirsinizsə, gizli-gizli məşhurların fotosunu çəkməyin" deyə, bildirib.

Qeyd edək ki, Ezgi Mola Şahan Gökbakarla çəkildiyi "Celal ile Ceren" filmindən sonra daha da məşhurlaşıb.

Milli.Az