ITV-də biabırçılıq: Qız çılpaq halda studiyaya gəldi - "Brexit" - FOTO

12 Fevral 2019 14:24

Ötən həftə BBC radio 4-ün efiri zamanı soyunan qız bu dəfə də ITV kanalına çılpaq halda çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ITV kanalında yayımlanan "Good morning Britain" (Sabahın xeyir, Britaniya) verilişinə qatılan Viktoriya Beytmen (Victoria Bateman) lüt halda studiyada oturaraq müzakirə aparıb.

Qonaq bu hərəkəti ilə Britaniyanın Avropa İttifaqından çıxmaq istəyini qınayıb. O, bildirib ki, "Brexit" Britaniyanı çılpaq vəziyyətdə qoyacaq.

Onun sinəsinə yazılan "Brexit" sözü də diqqət çəkib. Viktoriya, həmçinin bununla gender bərabərsizliyinə də etiraz edib.

Qeyd edək ki, "Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"dən götürülüb.

Emin
Milli.Az