Milli Məclisin spikeri Binəli Yıldırıma təşəkkür edib

12 Fevral 2019 12:47

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: "Qardaş ölkənin parlament sədrinə buna görə hamınızın adından təşəkkürümüzü bildiririk".

Daha sonra O.Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi münsaibətilə təbrik edib.

Milli.Az