Fələstində İbrahim palıdı yıxıldı - Dünyanın sonu yaxınlaşır? - VİDEO

12 Fevral 2019 14:04

Fələstində Mamvriy paılıdı aşıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İbrahim palıdı adlandırılan bu ağacın 5 min il yaşı var idi. Ağacın aşma anı lentə alınıb və sosial şəbəkələrə yerləşdirilib.

İncilə əsasən, bu ağacın altında Müqəddəs Üçlük İbrahim Peyğəmbərin qarşısında peyda olub. Bu ağacın "ölümü" isə tezliklə dünyanın sonunun yaxınlaşması mənasına gəlir.

Qüdsdəki rus ruhani icması isə bildirib ki, palıd ağacı 1996-cı ildə quruyub. Bir neçə il əvvəl isə onun kötüyündən iki yeni ağac cücərməyə başlayıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fələstində İbrahim palıdı yıxıldı