Azərbaycan nefti ucuzlaşıb

12 Fevral 2019 10:54

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,42 dollar və yaxud 0,66% azalıb.

Milli.Az report-a istinadən xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 63,39 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Milli.Az