Ermənistanda daha bir hərbçi öldü - Güllə yarasından

12 Fevral 2019 10:39

Ermənistan silahlı qüvvələrinə məxsus hərbi hissələrdən birində hərbi qulluqçu həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan deyib.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Mesrop Qriqoryan güllə yarasından ölüb.

Təfərrüatlar açıqlanmır.

Milli.Az