5 yaşlı qız pandanın qəfəsinə düşdü - VİDEO - FOTO

12 Fevral 2019 12:01

Ayının qəfəsinə düşən azyaşlı qız xilas edilib.

Milli.Az xarici mətbuatına istinadla xəbər verir ki, Çinin Siçuan vilayətində ailəsi ilə birlikdə nəsli kəsilməkdə olan pandaların mühafizə olunduğu mərkəzə gələn azyaşlı qız ayıların olduğu qəfəsə düşüb.

Panda uşağın yanına gəldiyi anda 5 yaşlı qız mühafizəçilərin köməkliyi ilə xilas edilib.

Hadisə şahidləri uşağın xilas olunduğu anları mobil telefonla kameraya çəkiblər.

Milli.Az görüntüləri təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
5 yaşlı qız pandanın qəfəsinə düşdü