Mey Aİ ilə danışıqlar üçün əlavə vaxt istəyəcək

12 Fevral 2019 08:10

Böyük Britaniyanın baş naziri Tereza Mey çıxışı zamanı deputatlardan Brüsseldən "Brexit" üzrə dəyişikliklərə nail olunması üçün daha bir neçə həftə əlavə vaxt istəyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu, demək olar ki, Böyük Britaniyanın bütün qəzetləri bildirir. Məlumata əsasən, Mey bu məsələ üzrə səsverməni fevralın 17-ə keçirmək istəyir.

Qeyd edək ki, Aİ ilə razılaşma üzrə Britaniya parlamentinin səsverməsi 14 fevral tarixinə planlaşdırılmışdı.

Milli.Az