Məşhur jurnalist dünyasını dəyişib

12 Fevral 2019 08:02

Braziliyada məşhur jurnalist və aparıcı Rikardo Boexat aviaqəza nəticəsində dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza San-Paulu şəhərində baş verib.

66 yaşlı aparıcı kiçik helikopterin göyərtəsində olub. Helikopter şəhərdə trass üzərində keçərkən yük avtomobilinə toxunub. Hadisə yerində yanğın başlayıb. Jurnalistlə bərabər helikopterin pilotu da həlak olub.

Milli.Az