Tramp fars dilində tvit yazdı

12 Fevral 2019 07:25

ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini fars dilində tənqid edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi yalnız "40 illik iflas" yaratdı. Uzun müddət əziyyət çəkən İran xalqı daha aydın gələcəyə layiqdir", - deyə o vurğulayıb.

Milli.Az