Vertolyot qəzası nəticəsində teleaparıcı ölüb

11 Fevral 2019 22:59

Braziliyanın San-Paulu şəhərində vertolyotun qəzaya uğraması nəticəsində televiziya və radio apacısı Rikardu Boeşat həlak olub.

Milli.Az report-a istinadən bildirir ki, pilot və jurnalistin göyərtəsində olduğu hava gəmisi şəhər avtomagistrallarından birinə düşüb.

Vertolyot yol ilə hərəkətdə olan yük maşınının kabinasına dəyərək yerə düşüb və yanmağa başlayıb. Avtomobilin sürücüsü yaralansa da, sağ qalıb.

Milli.Az