Britaniyada ölümcül virus yayılıb - Atları da öldürür

11 Fevral 2019 21:47

Böyük Britaniyada naməlim qrip virusu ştammı yayılıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Çeşira tövlələrindən birində yarış atları arasında ölümcül virus yayılıb. Həmin atlarla təmasda olan insanların da xəstəliyə yoluxduğu və onların digərlərindən təcrid olunduğu bildirilir. Britaniyalı infeksionistlər artıq nümunələr götürərək laborator müayinələr aparıblar.

Müayinələrin nəticələri ictimaiyyətə açıqlanmayıb. Atların olduğu tövlələr dezinfeksiya olunub.

Milli.Az