Ağsu ərazisində zəlzələ oldu

11 Fevral 2019 20:12

Fevralın 11-də yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 kilometr qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Milli.Az