“Dedi ki, səndə alınmır” - Taleh Yüzbəyov - VİDEO - FOTO

11 Fevral 2019 19:14

Tanınmış aktyor Taleh Yüzbəyov "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı olub.

Milli.Az xəbər verir ki, o, uşaq vaxtı dəcəl olduğunu bildirib:

"Dəcəl olsam da dərslərimi də yaxşı oxuyurdum. Ən çox maraq göstərdiyim dərs Azərbaycan dili, Ədəbiyyat olub. Riyaziyyat və Fizikadan zəif idim. Məktəbdə KVN komandasını mən təşkil etmişdim. Amma ilk rolu oynaya bilmədim, çox utanırdım. Müəllimim mənə dedi ki, Taleh, səndə alınmır, gəl sənin obrazını başqa uşağa verək. Çox pis oldum. Ondan sonra öz üzərində daha çox çalışmağa başladım".

"Mən məktəbli ikən" verilişi hər həftənin şənbə günü saat 18:00-də "ARB Günəş"in efirində yayımlanır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin: