Türkiyə millisində Mirça Luçesku dönəmi bitdi

11 Fevral 2019 17:52

Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Luçesku 2017-ci ildən Türkiyə millisinə başçılıq edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 17 oyunda 4 qələbə qazanıb, 7 heç-heçə edib və 7 dəfə məğlub olub.

Luçeskunun yerinə "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin təyin olunacağı deyilir. Artıq tərəflərin razılığa gəldiyi bildirilir.

Milli.Az