İtkin düşən 18 yaşlı qız tapıldı

11 Fevral 2019 23:12

Lənkəranda itkin düşən qız tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Lənkəran şəhər sakini, 2000-ci il təvəllüdlü Tahirə Şaiq qızı Ağayeva fevralın 5-də yaşadığı evdən çıxaraq itkin düşüb.

Polis əməkdaşlarının başladığı araşdırmalar nəticəsində T.Ağayeva fevralın 10-da tapılaraq ailəsinə təhvil verilib.

Milli.Az