Hollivud ulduzu "Cin" obrazında...

11 Fevral 2019 23:21

Hollivud aktyoru Uill Smitin iştiraki ilə Qay Riçinin "Ələddin" tammetrajlı filminin treyleri yayımlanıb. Filmin bu ilin yazında ekranlara çıxması planlaşdırılıb. Aktyor burada insan cildində deyil, göy rəngli "Cin" obrazındadır. Onun bu cür dəyişməsi internet məkanı istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, videoçarx fevralın 11-nə keçən gecə "Grammy-2019" musiqi mükafatının 61-ci təqdimat mərasimində nümayiş etdirilib.

Ötən ilin dekabrında filmin ilk kadrları internetdə yayıldıqdan sonra bəzi istifadəçilər Qay Riçinin layihəsində ("Kartlar, pullar, iki silah") Uill Smitin oynadığı "Cin"in xarici görünüşündən narazı qalmışdılar. Belə ki, 1992-ci ilin orijinal ekran əsərinin pərəstişkarları onların sevimli qəhrəmanının "göy rəngdə olmamasına" diqqət yetiriblər. İkiqat "Oskar" mükafatı laureatı olan aktyor isə, öz növbəsində, populyar personajın dərisi ilə bağlı tamaşaçıları sakitləşdirməyə, onun mütləq göy rəngdə olacağına inandırmışdı.

Milli.Az