Aparıcı Zaur Baxşəliyev verilişində qonaq olan əməkdar artist Röya Ayxana ilk dəqiqələrdən sürprizinin olduğu barədə vədlər verib.
Milli.Az xəbər verir ki, aparıcı əməkdar artistə "Bunu dünyada yalnız Fidel Kastro, Obama və Şakira yeyib" sözləri ilə onu verilişin sonuna kimi həyəcan içində saxlayıb. Sonda aparıcı ona təqdim edilən səbətin içərisində təbii olaraq yaşıl və mavi yumurtalarla masaya yaxınlaşaraq Röyaya sürprizini təqdim edib.
Bunu görən müğənni ilə yanaşı, hər kəs təəccüblənib.
Həmin kadrları təqdim edirik:
Videonu izləmək üçün şəklə klikləyin:
Videonu izləmək üçün şəklə klikləyin:
Məhəmməd Vaqif
Milli.Az