Ərini aldatdığı futbolçunu ölümlə təhdid etdi, məhkəməyə verildi

11 Fevral 2019 18:59

Serb futbolçu Duşko Toşiç və müğənni həyat yoldaşı Jelena Karleusa barəsində qalmaqallı xəbərlər davam edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu dəfə sənətçinin məhkəməyə verildiyi iddia edilib.

Qeyd edək ki, Jelena Karleusanın ərinə "Anderlext"də çıxış edən bosniyalı futolçu Oqnyen Vranyeslə xəyanət etdiy iddia olunmuşdu. Serbiya mətbuatı hətta müğənninin yataq fotolarını da yaymışdı. Olaydan sonra Jelena Karleusanın bosniyalı futbolçuya görüntüləri silməsi üçün 300 min avro təklif etdiyi bildirilirdi.

Bundan sonra Duşko Toşiçlə bağlı xəbərlər yayılmışdı. Əvvəlcə onun Serbiya millisindəki komanda yoldaşı, hazırda "Kyevo"da forma geyinən Corceviçin həyat yoldaşı Yovana Corceviçə mesaj yazdığı bildirilmişdi. Daha sonra isə həyat yoldaşına serb model Sofiya Miloşeviçlə xəyanət etdiyi iddia olunmuşdu.

İndi isə Jelena Karleusanın ərinə xəyanət etdiyi Oqnyen Vranyesi ölümlə təhdid etdiyi deyilir. Müğənninin təhdid mesajlarından qorxuya düşən futbolçu isə məhkəməyə müraciət edərək 2 milyon avro təzminat tələb edib.

Milli.Az