Çində 3D printerlə körpü çap edilib

11 Fevral 2019 23:51

Çinin Şanxay şəhər parkında 26 metr uzunluğunda və 5 ton ağırlığında üçölçülü (3D) printerdə çap edilən ilk körpünün açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kanal üzərindən qeyri-adi keçid 35 günə hazırlanıb. Körpü üçün istismar müddəti də nəzərdə tutulub: mütəxəssislərin sözlərinə görə, yeni arxitektura elementinin istismar müddəti 30 il təşkil edir.

Tikili robotlaşdırılmış ələ malik iki üçölçülü çap sistemindən istifadə edilməklə hazırlanan 176 beton blokdan ibarətdir. Layihə müəllifləri yaşı 1400 ildən çox olan Çinin ən qədim Antszi körpüsünün tağ formasını təkrarladıqlarından xüsusi qürur hissi duyurlar.

Maraqlıdır ki, çap edilmiş körpünün yaradılması ənənəvi tikinti ilə müqayisədə üçdə bir dəfə ucuz başa gəlib. Dizaynerlərin sözlərinə görə, xərcləri ilk növbədə armatur və tir atılmaya vəsaitlərin az sərf edilməsi sayəsində azaltmaq mümkün olub.

Hazırda müəlliflər əmin olmaq istəyir ki, layihə həm iqtisadi baxımdan sərfəli, həm də uzunmüddətlidir. Bu səbəbdən körpüyə vaxt ötdükcə betonun deformasiyasını izləyəcək monitorinq sistemi quraşdırılıb.

Milli.Az