"Azərneftyağ"a bomba qoyulması barədə anonim zəng
8 Aprel 2010 10:50
Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 7-dən 8-nə keçən gecə, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən 1963-cü il təvəllüdlü Nəsib Qasımov Xətai rayonu ərazisindəki "Azərneftyağ" Neftayırma Zavoduna partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat verib.
Məlumat əsasında Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən zavodda axtarış tədbirlərinə başlanılıb və 2 saata yaxın davam edən axtarışlar nəticəsində məlumat təsdiqini tapmayıb.
Məlumatı verən Qasımov Nizami rayonu , Balakişiyev küçəsi, ev 6/10, mənzil - 104 ünvanında yaşayır.
Xətai Rayon Prokurorluğundan isə bu barədə onlarda məlumat olmadığı bildirilib.
/Trend/