Azərbaycan alpinistləri Akonkaqua zirvəsində - FOTO

11 Fevral 2019 18:14

Azərbaycanın 3 alpinisti Argentinanın ən yüksək nöqtəsi olan Akonkaqua zirvəsinə yürüşü uğurla başa vurublar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, alpinistlərimiz Turan Əhmədov, Baba Ağayev və Rasim Ağazadə 9 günə zirvəyə çata biliblər.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən idmançıların 15 günlük normal akklimatizasiya proqramı 9 günə düşüb.

Qeyd edək ki, dəniz səviyyəsindən 6962 m hündürlükdə yerləşən Akonkaqua Qərb və Cənub yarımkürələrinin, And dağlarının ən yüksək zirvəsidir.

Milli.Az