Beren Saatın Hazalın toyuna qatılmama səbəbi bəlli oldu

11 Fevral 2019 17:39

Türkiyəli aktrisa Beren Saatın həmkarı Hazal Kayanın toyuna qatılmama səbəbi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisanın toyuna Selçuk Yöntem, Zerrin Tekindor, Kıvanç Tatlıtuğ, Baran Akbulut, Nur Fettahoğlu qatılsa da, Berenin gəlməməsi söz-söhbətə səbəb olmuşdu.

"İkinci sayfa" proqramının əldə etdiyi məlumata görə, Beren toya dəvət edilməyib. İki aktrisanın "Aşkı memnu"ya çəkildiyi dövrdə də bir-birinə qarşı məsafəli davrandıqları, sadəcə, çəkilişlər zamanı bir araya gəldikləri bildirilib.

Saat və Hazalın serial bitəndən sonra isə əlaqəni kəsdikləri iddia edilib. Digər iddia isə Berenin 2014-cü ildə toyuna Hazalı dəvət etməməsidir.

Milli.Az