Model Günay Musayeva 8 aydır eşq yaşadığı Taha Tatlıcıdan ayrılıb.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib.
Günay artıq Taha ilə münasibətlərinə son qoyduğunu açıqlayıb: "30 yaşımdan sonra ilk dəfə aşiq oldum. Allah mənə gözəl sevgi yaşatdı. Hər kəsə belə hisslər nəsib olsun. Şəkillər xoşbəxt anlardan qalan xatirələrdir. Ayrılandan sonra da paylaşdım. Karyera tənhalıq tələb edir".
Bu məqamda bildirək ki, model və Taha instaqramda bir-birilərini "unfollow" ediblər, paylaşdığı şəkilləri isə siliblər.
Milli.Az