Qəbiristanlıqda namus üstündə qətl

11 Fevral 2019 14:47

Siyəzəndə bir nəfərin ölümü ilə nəticələnən atışma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayondakı qəbiristanlıqlardan birində olub.

Hadisənin namus üstündə baş verdiyi deyilir və Elşən Qədirli qətlə yetirilib.

Cinayəti törədən şəxs həbs olunub.

Faktı Siyəzən Rayon Prokurorluğu təsdiqləyib.

Milli.Az