İranda sel faciə ilə nəticələndi

11 Fevral 2019 16:19

"İranın 10 vilayətini daşqın, qar və çovğun cənginə alıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, İranın cənubunda Xuzistan vilayətində sel 1 avtomobili aparıb, sürücü həlak olub.

Təşkilat sədri əlavə edib ki, Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kirmanşah, Fars, Simnan, Xuzistan, Çahar-Mahal və Bəxtiyari və İlam vilayətlərində güclü daşqın, qar və çovğun var.

33 şəhər, kənd və dağlıq ərazidə zərərçəkənlərə yardım edilib. 240 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Milli.Az