"Yuventus" Aaron Remsi ilə müqavilə bağlayıb

11 Fevral 2019 23:36

Turin "Yuventus"u öz rəsmi saytında London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.

Milli.Az report-a istinadən bildirir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.

Milli.Az