Qanunsuz siqaret dövriyyəsi ilə məşğul olanlar tutuldu - VİDEO - FOTO

11 Fevral 2019 15:34

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında, qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Komitədən Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və digər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd "Marlboro Gold Edge", 2 000 ədəd "Parliament Carat", 1 000 ədəd "Marlboro Fine Touch", 1 000 ədəd "Milano London", 600 ədəd "Malimbo one", 1 200 ədəd "Parliament Super Slims", 400 ədəd "Parliament Aqua Blue", 1 400 ədəd "Kent Silver" markalı, ümumilikdə 17 180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aksiz markasız siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb