Kaliforniyada sürücü avtomobili insanların üzərinə sürüb - 10 yaralı

11 Fevral 2019 12:21

ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Qeyd olunur ki, "Toyota" markalı avtomobil insanları vurduqdan ağaca çırpılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan başqa, daha 3 avtomobil də ziyan çəkib.

Araşdırma nəticəsində məlum olub ki, 22 yaşlı sürücü avtomobili narkotik vasitələrin təsiri altında idarə edib. Sürücü polis tərəfindən saxlanılıb.

Milli.Az