Məktəbli müəllimi və 3 sinif yoldaşını bıçaqladı - Belarusda

11 Fevral 2019 12:07

Belarusun Minsk vilayətində məktəbli müəllimi və sinif yoldaşını qətlə yetirib.

Milli.Az TASS-a istinadən bildirir ki, faciə Stolbtsı şəhərindəki 2 saylı orta məktəbdə yaşanıb. 15 yaşlı məktəbli əvvəlcə müəllimi, daha sonra 3 sinif yoldaşını bıçaqlayıb. O, qaçıb aradan çıxsa da, milis əməkdaşları onu yaxalayıblar.

Ağır yaralanmış müəllimlə bıçaqlanmış şagirdlərdən biri keçiniblər.

Milli.Az